Ali Məqamlı Rəhbərin informasiya bloku

8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı Ayətullah Xameneinin nəzəri

Sual: Ayətullah Xameneinin 8 Mart barəsində nəzərini bəyan edərdiniz, zəhmət olmasa.
Cavab: Əgər bu günü əlamətdar bir gün və bayram kimi qeyd etmək Qərbin yanlış mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunmazsa, bu günü qeyd etməyin maneəsi yoxdur.

Sual: Yaşadığım ölkədə, yəni Azərbaycanda 8 mart “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunur və qeyri-iş günü, bayram sayılır. Bu münasibətlə məktəblərdə qadın müəllimələrə hədiyyə vermək üçün valideynlər könüllü şəkildə pul yığırlar. Belə olduqda, onlara qatılıb qadın müəllimələri təbrik etmək üçün pul verməyin hökmü nədir?
Cavab: Əgər bu günü bayram kimi qeyd edib təbrik demək və hədiyyə vermək Qərbin yanlış mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunmazsa, həmçinin hər hansı bir fəsadı və günaha düşmək qorxusu da mövcud olmazsa, bu günü bayram kimi qeyd etmək, təbrik demək və hədiyyə verməyin maneəsi yoxdur.

Sual: Bir şəxs şirkətdə dizayner işləyir. Şirkət rəhbərliyi ona 8 Mart üçün müəyyən tərtibat hazırlamağı tapşırıb. Halbuki 8 Mart bayramı Qərb mədəniyyətinə aid olan bir mövzudur. Bu şəxsin vəzifəsi nədir?
Cavab: Əgər onun görəcəyi iş yanlış inanc və düşüncəni dəstəkləmək və yaymaq sayılmazsa, yaxud haram bir işi görmək lazım gəlməzsə, sözügedən işi görməyin öz-özlüyündə maneəsi yoxdur. Əks halda, buna icazə verilmir.

Sual: Mən qeyri-islam ölkəsində yaşayıram. 8 Martda müəllimələrə hədiyyə verməyin hökmü nədir? Təəssüf ki, mən özüm bu əməllə onların əqidəsini təbliğ edib-etmədiyimi müəyyən edə bilmirəm.
Cavab: Əgər bu günü bayram kimi qeyd edib təbrik demək və hədiyyə vermək Qərbin yanlış mədəniyyətini təbliğ etmək hesab olunmazsa, həmçinin hansısa bir fəsadı və günaha düşmək qorxusu da mövcud olmazsa, bu işləri görməyin maneəsi yoxdur. Vəziyyəti müəyyən etmək isə insanın öz öhdəsindədir. Siz bu məsələdə möminlərdən köməklik ala bilərsiniz.

Sual: Müsəlman olduğuna yəqinliyimiz olmayan bir şəxsin 8 Mart münasibətilə hədiyyə etdiyi tortdan yemək olarmı? Əgər hamilə qadın bu tortdan yeyibsə, bu, bətnindəki körpəyə mənəvi baxımdan ziyan edərmi? 
Cavab: Əgər bu günü əlamətdar bir gün və bayram kimi qeyd etmək Qərbin yanlış mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunmazsa, bu günü qeyd etməyin maneəsi yoxdur.

Sual: 8 Mart münasibətilə hədiyyə qəbul etmək və ya bu münasibətlə hədiyyə vermək olarmı?
Cavab: Əgər Qərbin yanlış mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunarsa, yaxud hansısa bir fəsadı olarsa, buna icazə verilmir.

Sual: 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etməyin hökmü nədir? Nəzərə alaq ki, bu gün bizim ölkəmizdə qadınların hicabdan, çadradan azad olması günü kimi tanınır. Bu halda hədiyyə alıb, qadınları təbrik etmək olarmı?
Cavab: Sualda qeyd olunanları nəzərə alaraq, bu günü qeyd etmək yanlış mədəniyyəti dəstəkləmək və ya yaymaq hesab olunduğuna görə, buna icazə verilmir.

Sual: 8 Martı qeyd etmək və bu münasibətlə kimisə təbrik etmək olarmı?
Cavab: Əgər günahı, hicabsızlığı, dinsizliyi və Qərbin yanlış mədəniyyətini dəstəkləmək və təbliğ etmək olarsa, bu günü bayram kimi qeyd etməyə və təbrik deməyə icazə verilmir.

Sual: 8 mart, 14 fevral kimi bayramları qeyd etmək olarmı?
Cavab: Ümumiyyətlə, Qərbin yanlış mədəniyyətinin yayılmasına və ya fəsada səbəb olan işlərdən çəkinmək lazımdır.

Sual: 14 fevral (Sevgililər günü), 8 mart (Qadınlar günü) kimi bayramları keçirmək olarmı?
Cavab: Əgər bu günləri bayram kimi qeyd etməyin fəsadı olarsa və ya Qərbin yanlış mədəniyyətini dəstəkləmək və yaymaq hesab olunarsa, buna icazə verilmir.

Sual: Mən Bakı şəhərində yaşayıram. Burada hər il 8 Mart günü “Qadınlar Günü” kimi qeyd olunur. Buna görə də, məktəblərdə müəllimələri təbrik etmək üçün hər şagirddən müəyyən məbləğ pul yığılır və yığılan pul müəllimələr arasında paylanılır.
Sualım budur ki, 8 Mart münasibətilə mən müəllimələri təbrik etmək üçün pul verə bilərəmmi? Bunun hökmü nədir?
Cavab: Əgər bu iş səhv əqidənin dəstəklənməsi və ya yayılması ilə nəticələnərsə, buna icazə verilmir. Əks halda, bunun öz-özlüyündə maneəsi yoxdur.

Sual: 8 Mart Qadınlar Gününü niyə qeyd etmək olmaz?
Cavab: Əgər bu günü bayram kimi qeyd etməyin fəsadı olmazsa və bayağı mədəniyyəti yaymaq hesab olunmazsa, bunun öz-özlüyündə maneəsi yoxdur.

 

700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər