Ali Məqamlı Rəhbərin informasiya bloku

10.04.2024-cü il Şəvval ayının birinci günü, Fitr bayramıdır

Ali Rəhbərlik İdarəsi 10.04.2024-cü ilin (çərşənbə günü) şəvval ayının ilk günü və mübarək Fitr bayramı olduğunu elan etdi.

Elanın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz xalqımızın mübarək Ramazan ayında etdiyi ibadət və itaətlərin qəbulunu diləyərək nəzərinizə çatdırırıq ki, ölkənin müxtəlif yerlərindəki mötəbər və peşəkar astrofiziklərdən alınan məlumatlara əsasən, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei şəvval ayının hilalının fərvərdin ayının 20-i qürub çağında (miladi təqvimlə 09 aprel hicri-qəməri təqvimi ilə 1445-ci il mübarək Ramazan ayının 29-u) göründüyünə əmin olmuşdur. Odur ki, 22 fərvərdin 1403-cü il (10 aprel 2024) mübarək Fitr bayramıdır!

Bütün imanlı qardaş və bacıları, şərəfli İran xalqını bu mübarək bayram münasibətilə təbrik edir və diqqətinizə çatdırırıq ki, sabah ölkənin hər yerində mübarək və əzəmətli Fitr bayramı namazı qılınacaq.

Ali Rəhbərlik İdarəsi

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /