Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbərinin Şəhid Rəcai limanında baş vermiş hadisə ilə bağlı müraciəti

Məsullar səhlənkarlıq və qəsdin olub-olmadığını aşkarlayıb tədbirlər görsünlər

Bəndər-Abbasın Şəhid Rəcai limanında baş vermiş faciəvi yanğın hadisəsi ilə bağlı ünvanladığı müraciətdə faciə yaşamış ailələrə başsağlığı verən Həzrət Ayətullah Xamenei təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının məsul şəxslərinə hadisədə hər hansı səhlənkarlıq və ya qəsdin olub-olmamasının tam şəkildə araşdırılıb müəyyən edilməsini və qanunlara uyğun tədbirlər görülməsini tapşırdı.

İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

İnnə lillahi və innə iləyhi raciun

Şəhid Rəcai limanında baş vermiş faciəli yanğın hadisəsi kədər və narahatlıq doğurur.

Təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının məsul şəxsləri bu hadisədə hər hansı səhlənkarlıq və ya qəsdin olub-olmamasını tam şəkildə araşdırıb müəyyən etməli və qanunlara uyğun tədbirlər görməlidirlər. Bütün məsul şəxslər bu kimi acı və fəlakətli hadisələrin qarşısının alınmasını özlərinə vəzifə bilməlidirlər.

Mən bu faciədə həyatını itirənlərə Allahdan rəhmət və bağışlama, onların faciə yaşamış ailələrinə səbir və aramlıq, yaralananlara isə tezliklə şəfa diləyirəm.

Ehtiyac duyulan anda yaralılara qan verməyə hazır olmuş fədakar insanlara da səmimi təşəkkürümü bildirirəm.

Vəssəlamu aleykum və rəhmətullah

Seyid Əli Xamenei
7 Ordibeheşt 1404
27 Aprel 2025

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /