Sionist rejimin bu gün səhər saatlarında əziz ölkəmizə qarşı törətdiyi cinayətdən sonra İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei böyük İran xalqına müraciət ünvanladı.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Böyük İran xalqı!
Bu gün səhər saatlarında sionist rejimi öz murdar və qanlı əlləri ilə əziz ölkəmizdə cinayət törədərək yaşayış məntəqələrini vurmaqla öz çirkin zatını əvvəlkindən daha çox büruzə verdi. Bu rejim sərt cavab və amansız cəza gözləsin.
Allahın izni ilə İran İslam Respublikasının Silahlı Qüvvələrinin güdrətli əli onu tərk etməyəcək.
Düşmənin hücumları nəticəsində bir neçə hərbi komandir və elm xadimi şəhid olublar. Onların canişinləri və həmkarları öz vəzifələrini dərhal davam etdirəcəklər, inşallah.
Bu cinayəti törətməklə sionist rejimi özü üçün acı və ağrılı aqibət hazırladı və onu mütləq yaşayacaq.
Seyid Əli Xamenei
23.03.1404
13.06.2025