Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Ali Rəhbəri İran xalqına ünvanladığı telemüraciətdə dedi:

Silahlı Qüvvələr alçaq sionist rejimi çıxılmaz vəziyyətə salacaq

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam İran xalqına ünvanladığı telemüraciətdə vurğuladı: “Alçaq və xəbis sionist rejim böyük bir səhvə yol verdi və bunun nəticələri onu çarəsiz vəziyyətə salacaq. Böyük İran xalqı əmin olsun ki, Silahlı Qüvvələr xalqın dəstəyi ilə qüdrət nümayiş etdirərək bu rejimə ağır zərbələr endirəcək. Bu rejim bu murdarlıqdan salamat çıxmayacaq.

İnqilabın Rəhbəri bu müraciətdə bir neçə komandan, alim və mülki şəxsin şəhadəti münasibətilə təbrik və başsağlığı verərək vurğuladı: “İran xalqı qiymətli şəhidlərinin qanını yerdə qoymayacaq və ölkənin hava sərhədlərinə edilən təcavüzü bağışlamayacaq”.

Həzrət Ayətullah Xamenei sionist rejimin xəbis, alçaq və terrorçu mahiyyətinə qarşı güclü tədbir görülməsinin zəruriliyi məsələsində ölkənin məsul şəxsləri, müxtəlif siyasi cinahlar və xalqın bütün təbəqələrinin vahid səsinə işarə edərək dedi: “İnşallah güclü və qətiyyətli tədbirlərlə onların həyatı acınacaqlı olacaq. Onlarla uzlaşma olmayacaq”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Düşünməsinlər ki, hücum etdilər və məsələ bitdi. Bu işi başlayan onlardır, müharibəni onlar başladılar və biz onlara bu böyük cinayətdən salamat çıxmağa imkan verməyəcəyik”.

İslam İnqilablının Rəhbəri vurğuladı ki, Silahlı Qüvvələr sionist rejimə mütləq ağır zərbələr endirəcək: “Xalq və ölkə rəhbərləri silahlı qüvvələrin arxasındadır və Allahın izni ilə İslam Respublikası sionist rejim üzərində qələbə qazanacaq”.

Həzrət Ayətullah Xamenei müraciətinin sonunda İran xalqına xitabən vurğuladı: “Əmin olun ki, bu məsələdə heç bir səhlənkarlığa yol verilməyəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /