Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri şəhidlərin şəhadətinin 40-cı günü münasibətilə müraciət ünvanladı

Hərbi və elmi hərəkət əvvəlkindən daha sürətlə davam edəcək

Həzrət Ayətullah Xamenei həmvətənlər, ləyaqətli hərbi komandirlər və görkəmli nüvə alimlərinin xəbis və cinayətkar sionist rejim tərəfindən şəhid edilməsinin qırxıncı günü münasibətilə müraciət ünvanladı.

İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Ey şərəfli İran xalqı!

Aralarında ləyaqətli hərbi komandirlər və görkəmli nüvə alimlərinin də olduğu bir qrup həmvətənimizin şəhadətinin qırxıncı günü çatdı. Bu zərbəni İran xalqının rəzil və inadkar düşməni olan xəbis və cinayətkar sionist hakimiyyət vurdu. Şübhəsiz ki, Şəhid Baqeri, Səlami, Rəşid, Hacızadə, Şadmani kimi komandirlərin və digər hərbçilərin, eləcə də şəhid Tehrançi, Abbasi kimi alimlərin itkisi hər bir xalq üçün ağırdır.

Amma axmaq və dar düşüncəli düşmən məqsədinə çatmadı. Gələcək göstərəcək ki, həm hərbi, həm də elmi fəaliyyətlər uca üfüqlərə doğru keçmişdəkindən daha sürətlə irəliləyəcək, inşallah.

Şəhidlərimiz elə bir yolu seçmişdilər ki, bu yolda uca şəhidlik məqamına yüksəlmə ehtimalı az deyildi. Onlar nəhayət ki, bütün fədakarların arzusu olan bu uca məqama yetişdilər . Bu onlara nuş olsun. Amma İran xalqı, xüsusilə şəhidlərin ailələri və onları yaxından tanıyan insanlar üçün bu faciə ağır, acı və çətindir.

Bu hadisədə parlaq nöqtələri də aydın şəkildə görmək olar: Birincisi, şəhidlərin yaxınlarının dözümlülüyü, səbir və ruhi möhkəmliyi. Bunları yalnız İran İslam Respublikası sayəsində baş verən dəyişikliklərdə görmək olar. İkincisi, şəhidlərin rəhbərliyi altında olan və bu ağır zərbənin fürsətləri məhv etməsinə və hərəkətdən saxlamasına imkan verməyən qurumların möhkəmliyi və sabitliyi. Üçüncüsü, İran xalqının vəhdəti, ruhi möhkəmliyi, meydandakı sarsılmaz müqavimətə əsaslanan əzmkar qətiyyətində təzahür edən möcüzəyə bənzər dözümlülüyün əzəməti. Bu hadisə ilə İran İslam dövləti bir daha öz bünövrəsinin möhkəmliyini nümayiş etdirdi. İranın düşmənləri soyuq dəmir döyürlər.

İran İslam Respulbikası Allahın köməkliyi ilə günbəgün daha da güclənəcək, inşallah.

Əsas məsələ budur ki, biz bu həqiqəti və onun sayəsində çiyinlərimiz üzərinə götürdüyümüz vəzifəni unutmayaq. Milli birliyin qorunması hər birimizin vəzifəsidir. Bütün sahələrdə lazım olan elmi və texnoloji sürətə nail olmaq elmi elitanın vəzifəsidir. Ölkənin və xalqın izzəti və abrının qorunması söz və qələm sahiblərinin güzəştə getmədən yerinə yetirməli olduqları vəzifədir. Ölkəni milli təhlükəsizliyi və müstəqilliyi qoruyan vasitələrlə hər gün daha artıq şəkil təchiz etmək hərbi komandanların vəzifəsidir. Dövlətin işlərinin ciddi şəkildə izlənməsi və nəticəyə çatdırılması icraedici qurumların əsas vəzifəsidir. Mənəvi hidayət, qəlblərin işıqlandırılması, səbir, təmkin və sosial sabitliyi tövsiyə etmək ruhanilərin vəzifəsidir. İnqilabi coşqu, şövq və düşüncənin qorunması hər birimizin, xüsusilə gənclərin vəzifəsidir. Əziz və rəhmli Allah hamını bu yolda müvəffəq etsin.

İran xalqına, şəhid gənclərə, şəhidlərin həyat yoldaşlarına və uşaqlarına, bütün şəhidlərə və onların hüznlü yaxınlarına salam olsu.

Allahın salamı və rəhməti üzərinizə olsun.

Seyid Əli Xamenei
3 mordad 1404
25 iyul 2025

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /