İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi və “Lalələrin Qonaqlığı” günü münasibətilə etdiyi müraciətdə qeyd etdi ki, şəhidlik cihadın mükafatıdır. O vurğuladı ki, xalqlar bu cihadlarla inkişaf edir, bu şəhadətlərlə parlayır və ucalırlar.
“Lalələrin Qonaqlığı” adı altında təşkil edilən ümumrespublika şəhid məzarlarının tozlarının alınması, ətirləndirilməsi və güllərlə bəzədilməsi mərasimi ilə eyni vaxta təsadüf edən bu müraciət Vəliyyi-Fəqihin Şəhidlər və Fədakarlarla İş Üzrə Fonddakı nümayəndəsi Höccətül-İslam Musəvi Müqəddəm tərəfindən Tehranın Behişti-Zəhra şəhidlər xiyabanında oxundu.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Bu il Müqəddəs Müdafiə Həftəsi İslam Müqaviməti yolunun aparıcı şəxsiyyətlərindən və müxtəlif bölgələrdən olan igid gənclərdən bir qrupunun şəhadəti ilə başqa bir parıltı və əzəmət kəsb etdi.
Şəhadət – həm səkkiz illik müdafiədə, həm qəhrəmancasına aparılan 12 günlük müharibədə, həm də Livan, Qəzza və Fələstində - cihadın mükafatıdır. Xalqlar bu mücahidliklə inkişaf edir və bu şəhadətlərlə parlayır və ucalırlar.
Əsas məsələ budur ki, haqqın zəfəri və batilin məhv olması ilə bağlı İlahi vədə qəti şəkildə inanaq və Allahın dininə yardım etməkdə öz vəzifəmizə sadiq olaq.
Seyid Əli Xamenei
2 mehr 1404
24 sentyabr 2025
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir