Ayətullah Xamenei əzəmətli İran xalqının bu gün həyata keçiritdiyi nümayişi və yaratdığı bu tarixi günü təqdir edərək vurğuladı: “İran xalqı özünü, əzmini və kimliyini düşmənlərə nümayiş etdirdi və bu, Amerika siyasətçilərinə öz məkirlərindən əl çəkmək və xain muzdurlara arxalanmamaq üçün bir xəbərdarlıqdır.
İslam İnqilabı Rəhbərinin xalqa ünvanladığı mesajın mətni:
Əzəmətli İran xalqı!
Siz bu gün böyük bir iş gördünüz və tarix yaratdınız. Bu möhtəşəm və əzmlə dolu izdihamınız xarici düşmənlərin daxili müzdurlar tərəfindən həyata keçirmək istədikləri planını alt-üst etdi.
İran xalqı güclü və qüdrətlidir, ayıqdır, düşmən tanıyandır və hər zaman meydandadır.
Allah-Taala Öz lütfünü sizin hamınıza nəsib etsin.
Seyid Əli Xamenei
12/01/2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
