Allahın adı ilə
Hicri-qəməri 1447-ci il Ramazan ayının əvvəlinin təyin edilməsi qaydası
Ali Məqamlı Rəhbərin son fətvalarına əsasən (eyni üfüqə malik olmaq şərti, Ayın hilalını müşahidə vasitələri ilə görməyin kifayət etməsi, sabahkı günün ayın əvvəli olduğunu təsdiqləmək üçün bu gün gündüz vaxtı Ayın hilalının müşahidə olunmasına əsaslanmaq) 1447-ci il Ramazan ayının əvvəlinin təyin edilməsi aşağıdakı qaydadadır:
1- 2026-cı il 17 fevral çərşənbə axşamı günü Ərəbistan yarımadası, Afrika, İspanya, Portuqaliya, Şimali və Cənubi Amerikada Ayın hilalının müşahidəsinə cəhd edilsin. Amma dünyanın başqa yerlərində 18 fevral çərşənbə günü Ayın hilalının müşahidəsinə cəhd edilsin və hilal müşahidə edildiyi təqdirdə, 19 fevral cümə axşamı günü Ramazan ayının əvvəli olacaqdır.
2- 2026-ci il 19 fevral cümə axşamı günü İranda Ramazan ayının əvvəli elan edildiyi təqdirdə, aşağıda qeyd edilən ölkələr və bölgələr bu elana müvafiq əməl etsinlər:
Qərbi Asiya ölkələri, Azərbaycan Respublikası, Ermənistan, Naxçıvan;
Ukraynanın cənub və qərb bölgəsi, Polşanın mərkəzi və cənub bölgəsi, Danimarka, İngiltərə, İslandiya və bu beş ölkənin cənubunda yerləşən bütün Avropa ölkələri;
Tanzaniya və Anqolanın yarımşimal bölgəsi, Konqo və bu üç ölkənin şimalında yerləşən Afrika ölkələri;
Braziliya (cənub bölgəsinin axırları istisna olmaqla), Argentinanın şimal bölgəsi, Çilinin yarımşimal bölgəsi və bu ölkələrin şimalında yerləşən Cənubi Amerikanın digər ölkələri;
Şimali və Mərkəzi Amerikanın bütün ölkələri.
3- Ayın hilalının müşahidəsi ekspertlərinin proqnozuna görə, 18 fevral çərşənbə günü Ayın hilalı bütün dünyada müşahidə olunacaqdır. Amma Rusiyanın şimal-şərqində və Yeni Zellandiyada 19 fevral cümə axşamı günü Ayın hilalı müşahidə olunacaqdır.
* Ali Məqamlı Rəhbərdən soruşulan sualların cavablarına istinadən, ekspertlərin sözü əsasında insanda Ayın hilalının müşahidə olunduğuna dair əminlik yarandığı təqdirdə, bu sözə müvafiq şəkildə hərəkət etməyin şəri baxımdan maneəsi yoxdur.
