Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Hüseyni Xameneinin şəhadəti elanı

Bismilləhir rahmənir rahim
İnna lilləhi və inna iləyhi raciun
Böyük İran xalqı!

Böyük İran xalqının və İslam ümmətinin rəhbəri İmam Xamenei mübarək Ramazan ayında şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu. Ölkənin Milli Təhlükəsizlik Şurası bu barədə aşağıdakı məzmunda elan yaymışdır:

Rəhman və rəhim Allahın adı ilə

Böyük İran xalqının, dünya azadlıq sevərlərinin və İslam ümmətinin rəhbəri İmam Xamenei əbədiyyətə qovuşdu və özünün çoxdankı arzusuna çatdı. Babası İmam Əli kimi (Allahın salamı olsun onların hər ikisinə) mübarək Ramazan ayında “And olsun Kəbənin Rəbbinə, nicata qovuşdum” səmavi çağırışını edərək ilahi rəhmətə qovuşdu və bu mübarək ayda şəhadət şərbətini içdi.

Bu gün İranın yorulmaq bilməyən xalqı, İslam ümməti və dünya azadlıq sevərləri cinayətkar Amerikanın və rəzil sionistlərin bədxah hücumlarına görə hüzn içindədirlər. Amma qaniçən düşmən və cəhənnəm əhli olan dünya miqyaslı zalımlar bilsinlər ki, dünyanın qəlbi oyaq insanları öz yollarını tapıblar. Bu şəhadətlər bizim millətimizə və İslam ümmətinə ağır olsa da, onları daha da möhkəm və əzmli edir. Heç şübhəsiz, o böyük şəxsiyyətin şəhadəti dünya zalımları ilə mübarizədə böyük yüksəlişin başlanğıcı olacaqdır.

Salam olsun ona doğulduğu, öldüyü və yenidən diriləcəyi gün.

Milli Təhlükəsizlik Şurası

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /