Ali Məqamlı Rəhbərin informasiya bloku

Şəhid Rəhbərin vəzifəyə təyin etdiyi şəxslər xidmətlərini davam etdirməlidirlər

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei rəsmi bir məktubda Şəhid Rəhbər tərəfindən birbaşa təyin edilmiş rəhbər və məsul şəxslərin xidmətlərini davam etdirməli olduqlarını vurğulayıb.

İslam İnqilabının Ali Rəhbərinin məktubunun tam mətni:

Allah-taalanın adı ilə

Şəhid Rəhbər (Allah onun pak ruhunu müqəddəs etsin) tərəfindən birbaşa təyin edilmiş bəzi qurum rəhbərləri və məsul şəxslərin sorğusuna cavab olaraq bildirirəm ki, hazırda onların heç birinin təyinat hökmünün yenilənməsinə ehtiyac yoxdur. Onlar o böyük zatın həyatda olduğu zaman elan edilmiş tədbirlər və siyasətlər əsasında öz vəzifələrinin icrasını davam etdirəcəklər. Allah-taaladan hər kəsə öz vəzifələrini yerinə yetirmək uğuru diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /