İslam İnqilabının Rəhbəri Bəsic Təşkilatının sədri general Qulamrza Süleymaninin şəhadəti ilə bağlı müraciət ünvanladı. Həzrət Ayətullah Xameneinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Möminlərin arasında Allahla bağladıları əhd-peymana sadiq qalan kişilər vardır. Onlardan bəzisi əhdini yerinə yetirmiş (və şəhid olmuş), bəzisi də gözləyir. Onlar öz əhdlərini əsla dəyişdirməyiblər
Bəsic Təşkilatının sədri general-mayor Qulamrza Süleymaninin acı şəhadət xəbəri böyük kədər və təəssüfə səbəb oldu. O cənab uzun müddətdir ki, Allah yolunda fəal şəkildə cihad etmiş və bu yolda çoxsaylı təcrübələr qazanmışdı. Bu mücahid generalın terror edilməsi Bəsicin nə qədər böyük əhəmiyyət kəsb etdiyini, zəlil və mənfur düşmənin onunla qarşılaşmaqdan necə qorxduğunu bir daha göstərdi.
Mən bu ağrı-acılı müsibət münasibətilə o uca məqamlı şəhidin hörmətli ailəsinə, İslam İnqilabı Keşikçiləri Korpusunun bütün əməkdaşlarına və bütün əziz Bəsic üzvlərinə - özüm də onların ən kiçik nümayəndəsiyəm - başsağlığı verir, uca Allahın o əziz şəxsə ali məqam nəsib edəcəyinə ümid edirəm.
Seyid Müctəba Hüseyni Xamenei
26 İsfənd 1404
17 mart 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
