İslam İnqilabının Rəhbəri Milli Təhlükəsizlik Ali Şurasının katibi doktor Əli Laricani, onun oğlu və həmkarlarının şəhadəti münasibətilə müraciət ünvanladı. Həzrət Ayətullah Xameneinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əksinə, onlar diridirlər. Onlara Rəbləri yanında ruzi əta olunur
Böyük təəssüf hissi ilə Milli Təhlükəsizlik Ali Şurasının katibi və Rəhbərliyin həmin şuradakı nümayəndəsi cənab doktor Əli Laricani, onun ləyaqətli övladı və bəzi həmkarlarının ürək dağlayan şəhadət xəbərini aldım. O, siyasi, hərbi, təhlükəsizlik, mədəniyyət və idarəetmə kimi müxtəlif sahələrdə geniş təcrübəyə malik elmli, uzaqgörən, zəkalı, məsuliyyətli bir şəxsiyyət idi. İslam dövlətinin ayrı-ayrı sferalarında əlli ilə yaxın effektiv fəaliyyəti onu seçilən bir simaya çevirmişdi.
Şübhəsiz ki, belə bir şəxsiyyətə qarşı törədilən terror onun nə qədər mühüm şəxsiyyət olmasından və İslam düşmənlərinin ona olan kinindən xəbər verir. İslam düşmənləri bilsinlər ki, bu qanların İslam dövlətinin iri gövdəli ağacının kökünə tökülməsi onu yalnız daha da gücləndirəcəkdir. Əlbəttə ki, hər qanın bir qanbahası vardır və şəhidlərin cinayətkar qatilləri bunu tezliklə ödəməli olacaqlar. Mən bu ağır itki münasibətilə o böyük zatın hörmətli xanımına, digər övladlarına və yaxınlarına, xüsusilə də cənab Ayətullah Amuli Laricaniyə səmimi qəlbdən başsağlığı verir, uca Haqdan o haqq dünyasına səfər edənlər üçün uca dərəcələr diləyirəm.
Seyid Müctəba Hüseyni Xamenei
26 İsfənd 1404
17 Mart 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
