Ali Məqamlı Rəhbərin informasiya bloku

Kəşfiyyat nazirinin şəhadəti münasibətilə İnqilabın Rəhbərinin Prezidentə müraciəti:

Düşmən təhlükəsizlikdən məhrum edilməli, xalqın təhlüksəziliyi təmin edilməlidir

İslam İnqilabının Rəhbəri Höccətül-İslam Seyid İsmayıl Xətibin şəhadəti münasibətilə müraciət ünvanladı. Həzrət Ayətullah Seyid Müctəba Xameneinin ABŞ və sionist rejimin hərbi təcavüzü nəticəsində şəhid olan kəşfiyyat naziri Höccətül-İslam Seyid İsmayıl Xətibin şəhadəti münasibətilə Prezident cənab Məsud Pezeşkiana ünvanladığı müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Möhtərəm Prezident cənab Pezeşkian (Allah uğurlarını və izzətini artırsın). Salam və ehtiramdan sonra Kəşfiyyat Nazirliyinin zəhmətkeş rəhbəri, qocaman və adsız qazi Höccətül-İslam Seyid İsmayıl Xətibin (Allah ondan razı olsun) şəhadəti münasibətilə Zati-alinizə, Nazirlər Kabinetinə, onun Kəşfiyyat Nazirliyindəki həmkarlarına, xüsusilə də o böyük zatın ailəsinə təbrik deyir, başsağlığı diləyirəm. Şübhəsiz ki, onun yeri bu həssas nazirliyin digər məsul şəxsləri və əməkdaşlarının ikiqat səyi ilə doldurulmalı, daxili və xarici düşmənlər təhlükəsizlikdən məhrum edilməli, əvəzində bütün həmvətənlərimizin təhlükəsizliyi təmin edilməlidir. Uca Allahdan Zati-aliniz və digər həmkarlarınıza uzun ömür, o əziz şəhidə isə uca məqam diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /