Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei elm və mədəniyyət sahəsinin görkəmli ustadı, xarici siyasət sahəsinin təcrübəli siması doktor Seyid Kamal Xərrazinin şəhadəti münasibətilə ünvanladığı müraciətdə bütün xalqımıza, akademik camiəyə, bu ustadın sevənlərinə və tələbələrinə, eləcə də möhtərəm Xərrazi ailəsinə, xüsusilə cənab Ayətullah Seyid Muhsin Xərraziyə təbrik deyib, başsağlığı verdi.
İslam İnqilabının Ali Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Elm və mədəniyyət sahəsinin görkəmli ustadı, xarici siyasət sahəsinin təcrübəli şəxsiyyəti cənab doktor Seyid Kamal Xərrazinin şəhadət xəbəri bir tərəfdən akademik camiə, universitet müəllimləri və İslam Respublikasının siyasi rəsmiləri üçün iftixar sənədi, digər tərəfdən isə Amerika-Sionist imperialistlərin, habelə İranın elmi, mədəniyyəti və sivilizasiyasının düşmənlərinin rəzilliyinin rüsvayçı sənədidir.
O, ömrünün uzun illərini mədəniyyət, təbliğat və Xarici İşlər Nazirliyində məsul vəzifələr daxil olmaqla müxtəlif sahələrdə xidmətə həsr etmiş, koqnitiv elmlər üzrə yeni fəaliyyətlərlə yanaşı, Xarici Əlaqələr Strateji Şurasında mühüm rol oynamışdır.
Mən həmin xidmətçi şəxsiyyət və onun hörmətli həyat yoldaşının şəhadəti münasibətilə xalqımıza, akademik camiəyə, ustadın sevənlərinə və tələbələrinə, habelə möhtərəm Xərrazi ailəsinə, xüsusilə cənab Ayətullah Seyid Muhsin Xərraziyə təbrik deyib, başsağlığı verir, Uca Allahdan o mərhumlara uca dərəcələr diləyirəm.
Seyid Müctəba Hüseyni Xamenei
21 fərvərdin 1405
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
