İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İran və ABŞ prezidentləri arasında imzalanmış memorandumla bağlı coşqun və vəfalı İran xalqına müraciət ünvanlayıb. O, müraciətində bildirib: “Mənim prinsipial olaraq fərqli bir mövqeyim var idi. Lakin hörmətli Prezidentin Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi öz adından və digər üzvlər adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına dair mənə verdiyi sözü və bu məsuliyyəti birbaşa öz üzərinə götürməsini nəzərə alaraq, buna icazə verdim. Bu andan etibarən biz – yəni siz başıuca xalq və bu aciz xidmətçiniz – qeyd olunan şərtlərin yerinə yetirilməsini gözləyəcəyik”.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Coşqun və vəfalı İran xalqı!
Bildiyiniz kimi, İran və ABŞ prezidentləri arasında memorandum imzalandı. Bu mərhələyə gəlib çatmaq üçün aidiyyəti rəsmilər səmimiyyət və xoş niyyətlə böyük səylər göstərdilər. Əlbəttə, heç bir çarəsi qalmayan ABŞ prezidenti də bu məqsədə nail olmaq üçün müxtəlif təzyiq rıçaqlarından istifadə edirdi.
Mənim prinsipial olaraq fərqli bir mövqeyim var idi. Lakin hörmətli Prezidentin Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi öz adından və digər üzvlər adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarının qorunacağına dair mənə verdiyi sözə və bu məsuliyyəti birbaşa öz üzərinə götürməsini nəzərə alaraq, buna icazə verdim. O, həmçinin açıq şəkildə bildirdi ki, əgər Amerika tərəfi həddini aşan tələblər irəli sürərsə, bununla razılaşmayacaqdır.
Bu andan etibarən biz – yəni siz başıuca xalq və bu aciz xidmətçiniz – qeyd olunan şərtlərin yerinə yetirilməsini gözləyəcəyik. Təbii ki, gələcəkdə keçiriləcək üzbəüz danışıqlar düşmən rəyinin qəbul edilməsi mənasına gəlmir.
Ümid edirik ki, Mövlamızın (Allah onun gəlişini tezləşdirsin) xeyir-duası şərəfli İran xalqına müxtəlif qələbə və uğurlar bəxş edəcək.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
28 xordad 1405
18 iyun 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
