İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei imzaladığı fərmanla Höccətül-İslam vəl-müslimin Muhsin Ejeini yenidən Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin etdi.
İslam İnqilabının Ali Rəhbərinin fərmanının tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Cənab Höccətül-İslam vəl-müslimin, cənab Muhsin Ejei, uğurlarınız daimi olsun.
Göstərdiyiniz dəyərli və səmimi fəaliyyətləri yüksək qiymətləndirərək, Konstitusiyanın 157-ci maddəsinə əsasən, sizi yenidən Məhkəmə Hakimiyyətinin sədri təyin edirəm.
Şəhid Rəhbərimizin (Allah məqamını uca etsin) irəli sürdüyü tələblər toplusu və mənim 7 tir 1405-ci il (28 iyun 2026) tarixli müraciətimdə qeyd olunan məqamlar bu sistemdə islahatların aparılması, inkişafın təmin edilməsi və arzulanan məhkəmə sisteminin qurulması üçün bələdçidir.
Ümid edirəm ki, sizin, dəyərli hakimlərin və məhkəmə sistemindəki hörmətli həmkarlarınızın ikiqat səyi, eləcə də Mövlamızın (ə.f) duaları sayəsində uca İran xalqı bu fəaliyyətlərin müsbət nəticələrindən bəhrələnəcəkdir.
Seyid Müctəba Hüseyni Xamenei
13 tir 1405
4 iyul 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
