Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Şəhid Rəhbəri və onun şəhid ailə üzvlərinin anım mərasimi keçirilir

Ümmətin Şəhid İmamı üçün məscid, meydan və ziyarətgahlarda üç gecə yas mərasimi

İslam İnqilabının Şəhid Rəhbərinin xatirəsinin əziz tutulması məqsədilə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən təşkil edilən anım mərasimi bu gecədən (19 tir - 10 iyul cümə günündən) başlayaraq üç gün müddətinə məğrib və işa namazlarından sonra Həzrət İmam Rza (ə) hərəminin “Peyğəmbəri-Əzəm” səhnində keçiriləcək.

Habelə İnqilabın Ali Rəhbəri tərəfindən təşkil edilən “Ümmətin Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma İmam Xameneinin (pak ruhu şad olsun) ruhuna Quran oxunması” mərasimi bu gün 19 tir (10 iyul) cümə günü məğrib və işa namazlarından dərhal sonra Həzrət Məsumə (s.ə) hərəminin İmam Xomeyni (r.ə) şəbistanında keçiriləcək. Mərasimdə həm də Höccətül-İslam vəl-müslimin Seyid Əli Xomeyni (Allah uğurlarını daimi etsin) çıxış edəcək.

Bundan əlavə, İslam İnqilabının Şəhid Rəhbərini yad etmək məqsədilə ölkənin bütün meydanlarında, məscidlərində, imamzadə ziyarətgahlarında və hüseyniyyələrində üç gecə boyunca xalq tərəfindən anım tədbirləri keçiriləcək.

 

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /