Ali Məqamlı Rəhbərin informasiya bloku

Cümə günü sübh tezdən İmam Rza (ə) hərəminin Darüz-zikr zalında

Ümmətin Şəhid Rəhbəri ailəsi ilə birlikdə İmam Rzanın (ə) yanında dəfn olundu

İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak nəşi torpağa tapşırıldı. Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində on milyonlarla insanın iştirakı ilə təqribən bir həftə davam edən vida və ziyarət mərasimlərindən sonra Şəhid Rəhbərin nəşi 19 tir (10 iyul), cümə günü sübh tezdən İmam Əli ibn Musa ər-Rzanın (ə) mübarək məzarının ətrafına təvaf etdirildikdən sonra İmam Rza (ə) hərəminin Darüz-zikr zalında dəfn olundu.

İslam İnqilabının Şəhid Rəhbərinin 14 aylıq nəvəsi Şəhid Zəhra Məhəmmədi Qolpayeqani babası Şəhid Həzrət Ayətullah Seyid Əli Xamenei ilə eyni məzarda dəfn olundu.

Şəhid Seyidə Büşra Hüseyni Xamenei, Misbahül-Hüda Baqiri Kəni və Zəhra Həddad Adilin pak nəşləri də ümmətin Şəhid İmamının pak məzarının yaxınlığında torpağa tapşırıldı.

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən təşkil edilən anım mərasimi 19 tir (10 iyul), cümə günü məğrib və işa namazlarından sonra Həzrət Məsumə (s.ə) hərəminin İmam Xomeyni (r.ə) şəbistanında keçiriləcək.

Habelə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən Mücahid Şəhid Rəhbərin xatirəsinə həsr edilən anım mərasimi  bu gecədən (19 tir - 10 iyul cümə günündən) başlayaraq üç gün müddətinə məğrib və işa namazlarından sonra Həzrət İmam Rza (ə) hərəminin “Peyğəmbəri-Əzəm” səhnində keçiriləcək.

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /