İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei fərman imzalayaraq doktor Möhsün Rezayini özünün Milli Təhlükəsizlik Ali Şurasındakı nümayəndəsi təyin etdi.
İslam İnqilabının Ali Rəhbərinin fərmanının mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Əziz qardaşım, cənab doktor Möhsün Rezayi!
Səkkizillik şərəfli Müqəddəs Müdafiə dövrünün bayraqdarlarından birisiniz. Qiymətli təcrübənizi nəzərə alaraq, sizi Milli Təhlükəsizlik Ali Şurasındakı nümayəndəm təyin edirəm. Ümidvaram ki, bu mühüm vəzifənin yerinə yetirilməsində böyük uğurlar qazanacaqsınız.
Eyni zamanda, əziz qardaşımız cənab doktor Məhəmmədbaqir Zolqədrə də gecə-gündüz bilmədən çəkdiyi zəhmətlərə görə təşəkkür edirəm.
Mövlamız Həzrət Bəqiyyətullahın (ə.f) diqqət və nəzərləri altında daim şərəfli İran xalqının mücahid əsgəri olasınız.
Seyid Müctəba Xamenei
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
