İslam İnqilabı Rəhbərinin Ofisi İranın Şəhid Rəhbərinin dəfni və vida mərasiminin qırxıncı günü ilə əlaqədar bəyanat yayaraq Tehran, Qum və Məşhəd şəhərlərində Şəhid Rəhbər Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin xatirəsinə həsr edilmiş anım mərasimlərinin keçiriləcəyini elan edib.
İnqilab Rəhbərinin Ofisi tərəfindən verilən elanın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
İranın Şəhid Rəhbərinin pak nəşinin tarixi dəfn mərasimindən qırx gün ötür. Bununla əlaqədar İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən Tehran, Qum və Məşhəd şəhərlərində o böyük Rəhbərin özü və ailəsinin xatirəsinə həsr edilmiş anım mərasimləri keçiriləcək.
Şəhid Rəhbər Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin anım mərasimləri aşağıdakı qrafik üzrə keçiriləcək:
Tehran: 27 mordad (18 avqust), çərşənbə axşamı, saat 17:00-dan 19:00-dək İmam Xomeyni (r.ə) Müsəllasının Şəbistan hissəsində.
Qum: 28 mordad (19 avqust), çərşənbə günü, məğrib və işa namazlarından sonra Həzrət Fatimeyi-Məsumənin (s.ə) hərəmində.
Məşhəd: İmam Həsən Əskərinin (ə) şəhadət gecəsinə təsadüf edən 29 mordad (20 avqust) tarixində, cümə axşamı, məğrib və işa namazlarından sonra İmam Rzanın (ə) pak hərəmində.
Qədirbilən İran xalqı Şəhid Rəhbərin anım mərasimində iştirak etməyə dəvət olunur.
Bütün iranlıların və İnqilabın Rəhbərlərini sevənlərin Şəhid Rəhbərin qırx mərasimində coşğu dolu izdihamlı iştirakı İslam İnqilabının Ali Rəhbəri ilə beyəti yeniləmək və İranın Şəhid Rəhbərinin yolunun davam etdiriləcəyinin bir daha elanı olacaqdır.
İslam İnqilabı Rəhbərinin Ofisi
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
