Ali Məqamlı Rəhbərin informasiya bloku

Bu gün səhər keçirildi

İnqilabın Rəhbərinin Ofisində İAK-ın yeni rəhbərinin təqdimat mərasimi

Bu gün səhər – 24 şəhrivər, çərşənbə günü İslam İnqilabı Rəhbərinin Ofisinin Araşdırmalar Şöbəsinin nəzdində İqtisadi Araşdırmalar üzrə Komissiyanın yeni rəhbəri doktor Seyid Ehsan Xanduzinin təqdimat, doktor Əli Ağaməhəmmədin isə yola salınma mərasimi keçirildi.

Əllamə Təbatəbai Universitetinin elmi heyətinin üzvü olan Ehsan Xanduzi Şəhid Rəisinin hökumətində iqtisadiyyat və maliyyə naziri vəzifəsində çalışıb.

Tədbirdə doktor Əli Ağaməhəmmədiyə 36 illik fəaliyyəti və xidmətlərinə görə təşəkkür və minnətdarlıq bildirildi.

 

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /