Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Sərbəst Güləş Üzrə Ümid Milli Güləş Komandasının ABŞ-də keçirilən dünya çempionatındakı qələbəsi və qazandığı böyük uğur münasibətilə komandanın rəhbərlərini, məşqçilərini, qeyrətli pəhləvanlarını, böyük İran xalqını, xüsusilə də ölkənin çempion gənc nəslini təbrik edib.
İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
İran İslam Respublikasının 23 yaşadək sərbəst güləş üzrə milli komandasının dünya çempionatındakı qələbəsi böyük və qədirbilən İran xalqının qəlbini sevinc və qürurla doldurdu. 9 müxtəlif əyarlı medalın qazanılması ilə müşayiət olunan bu uğur Yunan-Roma Güləşi Üzrə Ümid Milli Güləş Komandasının son çempionluğu kimi, planlaşdırma, düzgün idarəetmə və fədakar rəhbərlərin, məşqçilərin, eləcə də ölkənin güclü və qeyrətli gənclərinin fasiləsiz zəhmətinin nəticəsidir. Bu əziz insanlara, xüsusilə vətənin çempion gənc nəslinə və başıuca İran xalqına təbriklərimi çatdırıram.
Seyid Müctəba Hüseyni Xamenei
27 mehr 1405
19 oktyabr 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
