İslam İnqilabının Ali Rəhbərinin nümayəndə heyəti bu gün günorta saatlarından sonra xəstəxanada Həzrət Ayətullah Vəhid Xorasanini ziyarət edib.
Bu gün günorta saatlarından sonra Tehrandakı xəstəxanalardan birinə gələn Höccətül-İslam vəl-müslimin Rəhimiyan, Höccətül-İslam vəl-müslimin Məhəmmədi İraqi və Höccətül-İslam vəl-müslimin Hacı Əli Əkbəri İslam Respublikasının Ali Rəhbərinin salam və dualarını çatdıraraq böyük təqlid mərcələrindən olan Həzrət Ayətullah Vəhid Xorasaninin müalicə prosesi ilə maraqlanıblar.
Həzrət Ayətullah Vəhid Xorasani xəstələndiyi üçün xəstəxanaya köçürülərək reanimasiya şöbəsinə yerləşdirilib.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
