İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah-üzma Vəhid Xorasaninin vəfatı ilə əlaqədar ünvanladığı başsağlığı müraciətində onun Elmi-Teoloji Mərkəzin fiqh və üsul elmlərinin tədrisinin əsas sütunlarından biri olduğunu bildirib.
Həzrət Ayətullah Seyid Müctəba Xameneinin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Elmi-Teoloji Mərkəzin böyük ustadı Həzrət Ayətullah-üzma Vəhid Xorasaninin vəfat xəbərini aldıq. O böyük şəxsiyyət Elmi-Teoloji Mərkəzin fiqh və üsul elmlərinin tədrisinin əsas sütunlarından biri hesab olunurdu. Onun son onilliklərdə gündəlik tədris etdiyi iki dərs əsas dərslərdən hesab olunurdu. Bu dərslərdə onun şəxsi tədqiqat keyfiyyətləri ilə yanaşı, Nəcəfi-Əşrəf Elmi-Teoloji Mərkəzin son dövrlərdəki ən görkəmli alimlərinin baxışlarına ciddi, dərin və ehtiram dolu diqqət, onlara tam şəkildə vaqif olması açıq şəkildə özünü göstərirdi. Bu cəhət böyük ustadın səlis, nizamlı və qətiyyətli bəyanı ilə müşayiət olunduğundan hər bir dərs saatını elm və fəzilət tələbələri üçün faydalı bir fürsətə və qənimətə çevirirdi.
Bu gün Qum Elmi-Teoloji Mərkəzi, eləcə də ölkənin digər elmi-teoloji mərkəzlərində bir çox müəllimlər və elm sahibləri, eləcə də müxtəlif bölgələrin ruhaniləri o böyük ustadın dərslərində iştirak etməyi öz elmi bioqrafiyalarında fəxrlə qeyd edirlər. Hamı onun sözdə və davranış tərzində Məsumların (s) müqəddəs şəxsiyyətlərinə sədaqət elementinin parlaq və səmimi təzahürünü heyranlıqla xatırlayır. Şübhəsiz ki, o mərhum şəriət və məzhəb yolundakı davamlı və fasiləsiz zəhmətləri sayəsində möminlər və elmi-teoloji mərkəzlər üzərində hər kəsin xatırlamalı və şükür etməli olduğu böyük bir haqq qoymuşdur.
Mən bu kədərli hadisə ilə əlaqədar Mövlamıza (ə.f), elmi-teoloji mərkəzlərə, ümumilikdə möminlərə, xüsusilə onun mübarək ailəsinə başsağlığı verir, Mütəal Allahdan o böyük şəxsiyyətə uca dərəcələr diləyirəm.
Seyid Müctəba Hüseyni Xamenei
26 aban 1405
17 noyabr 2026
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
