İİR-ın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Lütfullah Safi Qulpayqaniyə əziz övladının vəfatı ilə əlaqədar başsağlığı vermişdir. 
Müraciətnamənin mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Möhtərəm Hacı Şeyx Lütfullah Safi Qulpayqaniyə əziz övladının vəfatı ilə bağlı  dərin hüznlə başsağlığı verir və Allah-Taalanın səbir edənlərə olan müjdəsini xatırladıram ki, O, belə buyurmuşdur: 
   وَبَشِّرِ الصَّابِرِينَ
   الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
«(Ya Muhəmməd!) Səbir edənlərə müjdə ver. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman «Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq» – deyərlər».
(«Bəqərə» surəsi, ayə 155, 156)
Allahdan o mərhuma rəhmət və bağışlanma, hörmətli valideynlərinə və yaxın adamlarına isə səbir diləyirəm».
Seyid Əli Xamenei
