Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi

Qum şəhərinin sakinlərinə təşəkkür və minnətdarlıq bildirdi

Həzrət Ayətullah Xameneinin müqəddəs Qum şəhərinə 10 günlük səfərinin ardınca Ali Məqamlı Rəhbərlik Baş İdarəsi rəsmi müraciətlə şəhərin imanlı, gözüaçıq, istiqanlı və cəsur əhalisinə, habelə böyük mərcə-təqlidlərə, möhtərəm din alimlərinə, dəyərli ruhanilərə, ağıllı və uzaqgörən ruhani tələbələrə dərin təşəkkür və minnətdarlıq edərək ümidvar olduğunu bildirdi ki, Ali Məqamlı Rəhbərin səfər çərçivəsində müxtəlif görüşlər zamanı verdiyi tövsiyə və istiqamətləndirmələr Qum şəhərinin başdan-başa qürur və iftixar salnaməsi olan tarixində yeni bir fəslin başlanğıcı olacaq.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin rəsmi müraciətinin tam mətni:

Mərhəmətli və bağışlayan Allahın adı ilə!

الیوم یئس الذین کفروا من دینکم
 
Qum şəhəri – İslam hərəkatının bayraqdarı, İslam İnqilabının avanqardı, İslamın və İmam Xomeyninin (r.ə) əbədi və usanmaz arxadaşı – İslam İnqilabının Müdrik Rəhbərini qarşılamaq üçün yekdilliklə ayağa qalxdı ki, bu saf həqiqət bir daha dünyada yaşayan bütün insanların diqqətini özünə cəlb etsin: Qum şəhəri İslam İnqilabının əbədi və dəyişməz mərkəzi, mənbəyi və dayağı olmuş və daim olacaqdır!

Cihad və ictihad şəhərinin müxtəlif təbəqələrdən olan xalis imanlı, saf niyyətli və ayı-sayıq əhalisinin Həzrət Ayətullah Xameneini necə möhtəşəm və həqiqətən, vəsfəgəlməz surətdə qarşıladığını əks etdirən epizodlar, böyük mərcə-təqlidlərin, dəyərli din alimlərinin, sevimli ruhani müəllim və tələbələrin ona öz dərin sevgisini ifadə etməsi dost-düşmənin zehnində bu ürəkaçan həqiqəti bir daha canlandırdı ki, hikmətli Tanrının “mili imanına, gözüaçıqlığına və mübarizliyinə” görə İran xalqına nəsib etdiyi günü-gündən artan nüfuz və əzəmətin dayağı xalqla vilayəti-fəqihi birləşdirən ayrılmaz bağlardır.

Son günlər ərzində Əhli-Beyt (ə) maarifinin ən böyük mərkəzi olan Qum şəhərində müşahidə olunan reallıqlar onu göstərir ki, İranın və İslamın düşmənlərinin “xalqı İslam İnqilabından, dini siyasətdən uzaqlaşdırmaq” məqsədilə qurduğu planlar heç bir nəticə verməyib, xalqın qəlbində İmam Xomeyninin (r.ə) ən önəmli yadigarları olan İslamı və inqilabı müdafiə etməyə böyük şövq və həvəs alovlanır.

Ali Məqamlı Rəhbərlik bir olan Allahın dərgahına sonsuz şükürlər edərək böyük mərcə-təqlidlərə və din alimlərinə, əziz ruhani tələbələrə və Qumun istiqanlı, inqilabçı və gözüaçıq əhalisinin bütün təbəqələrinə öz dərin və səmimi təşəkkürünü bildirir, Uca Allahdan Qum şəhərinin nüfuz və əzəmətinin günü-gündən artmasını, bu müqəddəs şəhərdə fəaliyyət göstərən, tarixə öz imzasını atmış, mübarək Elmi-teoloji Mərkəzin daha böyük yüksəlişlərə nail olmasını diləyir.

Ümidvarıq ki, Allahın fəziləti sayəsində, Ali Məqamlı Rəhbərin alim və ustadlar, Elmi-teoloji Mərkəzin dəyərli rəsmiləri, ruhani və akademik təhsil alan gənclər və tələbələr, bəsicilər, şəhid və veteranların ailələri ilə, habelə digər görüşlərdə verdiyi müxtəlif tövsiyə və istiqamətləndirmələr Qum şəhərinin başdan-başa iftixar salnaməsi olan tarixində yeni bir fəslin başlanğıcı olacaq.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi
30 oktyabr, 2010-cu il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /