Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Həzrət Fatimeyi-Məsumə (s.ə) ziyarətgahının hamisini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Seyidməhəmməd Səidinin Həzrət Fatimeyi-Məsumə (s.ə) ziyarətgahının, habelə ziyarətgahın nəzdindəki mərkəz və məntəqələrin hami-qubernatoru təyin edilməsi ilə bağlı əmr imzaladı.

Əmrin tam mətni:

Cənab Höccətül-İslam vəl-muslimin Hacı Seyidməhəmməd Səidi,

Müqəddəs Həzrət Fatimeyi-Məsumə (s.ə) ziyarətgahı üçün etdiyi dəyərli və unudulmaz xidmətlərə görə cənab Höccətül-İslam vəl-muslimin Məsudi Xomeyniyə (Allah onu qorusun!) təşəkür və qədirdanlığımı bildirərək Sizi 5 il müddətinə o nurani ziyarətgaha, habelə onun nəzdindəki mərkəz və məntəqələrə hami təyin edirəm. Ümidvaram ki, bu yüksək şərəf və məqam elm və şəhadət ocağında böyüyüb boya-başa çatmış, təqva və fəzilət kimi keyfiyyətləri özündə cəmləşdirən Cənabınıza böyük bir elmi-teoloji mərkəzin mehvəri olan bu mübarək ziyarətgahın xidmətində dura bilmək nailiyyətini bəxş edəcək.

Sizin vəzifəniz ziyarətgahın və onun nəzdindəki müəssisə və yaşayış məntəqələrinin ehtiramının keşiyində durmaq, zəvvarların və qonşuluqda yaşayan əhalinin asayişi, Əhli-Beyt (ə) maarifinin təbliği yolunda lazımi səylər göstərmək, yoxsul və binəsib insanlara xidmət etmək, bu elm və mənəviyyat ocağını çiçəkləndirmək və abadlaşdırmaqdır.

Uca Yaradandan Sizə dəstək və yardımçı olmasını diləyirəm.

Seyid Əli Xamenei
9 noyabr, 2010-cu il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /