Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Kürdüstan vilayəti üzrə öz nümayəndəsini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Höccətül-İslam Hacı Seyidməhəmməd Hüseyni Şahrudinin vəli-fəqihin Kürdüstan vilayətindəki nümayəndəsi və ölkənin qərb regionları üzrə fəaliyyət göstərən böyük islami mərkəzin rəhbəri vəzifəsinə təyin olunması haqda əmr  imzaladı.

Əmrin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Hacı Seyidməhəmməd Hüseyni Şahrudi,

Hal-hazırda cənab Höccətül-İslam Hacı Seyidmusa Musəvi başqa bir səngərdə xidmət edir. Uzun illər boyu ağır məsuliyyət yükünü çiyinlərində daşıdığına, şücaətlə, səbir və müdrikliklə göstərdiyi misilsiz xidmətlərə görə ona təşəkkürümü bildirərək sizi özümün Kürdüstan vilayətindəki nümayəndəm və ölkənin qərb regionları üzrə fəaliyyət göstərən böyük islami mərkəzin rəhbəri vəzifəsinə təyin edirəm.

İslama dərin iman, İrana və İslam respublikası dövlətçiliyinə fədakarlıq və şücaət dolu sədaqət, habelə Əhli-Beytə (ə) qarşı böyük sevgi şərəfli Kürdüstan əhalisinin müxtəlif etaplarda tanındığı gözəl keyfiyyətlərdir. Ağır Məcburi müharibə illəri və əks-inqilabçı qruplaşmaların hücumları bu diyarın qəhrəman və mömin insanları, mübariz və nəcib ruhani alimləri üçün iftixar dolu sınaq meydanı idi. Ümidvaram ki, əlhəmdulillah, elm və əməllə zinətlənmiş, gözüaçıqlıq və təşəbbüskarlıq əhval-ruhiyyəsinə malik olan cənabınız, Allahın yardımı və dəstəyi ilə, vəli-fəqihin nümayəndələrinə aid bütün şəri, ictimai və siyasi işlərin öhdəsindən lazımınca gələcək, bölgənin möhtərəm ruhani alimlərinə, xüsusilə də istər sünni, istərsə də şiələrə məxsus teoloji təhsil müəssisələrinə və dini mərkəzlərə diqqət və qayğı ilə yanaşacaq, dini, mədəni, ictimai fəaliyyətləri düzgün istiqamətləndirmək, məsul orqanlar arasında koordinasiyaya nail olmaqla bölgə əhalisinin məzhəb zəminindəki tələbatlarını təmin etmək,  başlıca dini problemlərini aradan qaldırmaq işində uğur qazanacaq.

Aydındır ki, bu məsuliyyətli işi yerinə yetirməkdə cənabınıza yardımçı olmaq və sizinlə həmkarlıq etmək vilayətin və ölkənin bütün dövlət orqanlarının borcudur.

Seyid Əli Xamenei


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /