Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Tərəqqinin İran-İslam Modeli Mərkəzinin Ali Şurasının sədrini və üzvlərini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tərəqqinin İran-İslam Modeli Mərkəzinin Ali Şurasına sədr və üzvlərin təyin olunması ilə bağlı sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Tərəqqinin İran-İslam modelinin ərsəyə gətirilməsi üçün nümayiş olunan ciddi əzmi, elmi dairələrin (teoloji mərkəz və universitetlərin) mövcud potensialından bu modelin işlənib hazırlanması üçün tələb olunan ön şərtlərin hazırlığı, cəmiyyətdə bu mövzu ilə bağlı diskursun genişləndirilməsi, bu sahədə elmi fəaliyyətin reallaşması istiqamətində hərtərəfli istifadənin zəruriliyini nəzərə alaraq Tərəqqinin İran-İslam Modeli Mərkəzinin yaradılmasını məqsədəuyğun hesab edir, cənab Dr. Sadiq Vaizzadəni mərkəzin və ali şuranın sədri, aşağıda adları qeyd olunan şəxsləri isə ali şuranın üzvləri təyin edirəm:

-    Dr. Sadiq Vaizzadə

-    İslam Mədəniyyəti və Təfəkkürü ilə bağlı Araşdırmalar Mərkəzinin sədri Höccətül-İslam Əli Əkbər Rəşad

-    Qum Teoloji Mərkəzi nəzdindəki İslami Təbliğat Komitəsinin sədri Höccətül-İslam Əhməd Vaizi

-    Höccətül-İslam Dr. Mirmüəzzi

-    Dr. Davudi 

-    Dr. Hüseyni Əraqi

-    Dr. Zahidi Vəfa

-    Dr. Əkbərzadə

-    Dr. Səid Cəbəl Amoli

-    Dr. Mirğəfuri

Uca Tanrıdan cənablara dəstək və yardımını daha da artırmasını diləyirəm.

Seyid Əli Xamenei
23 may, 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /