Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi

Somalidə qıtlıqdan əziyyət çəkən insanlara yardım etməyə çağırdı

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi mömin və allahpərəst həmvətənlərimizi Somalidə qıtlıq və quraqlıqdan əziyyət çəkən insanlara yardım etməyə çağırdı.

Afrikanın şimal-şərq regionunda, xüsusilə də Somalidə quraqlığın şiddətli böhran həddinə çatması və bunun nəticəsində əmələ gələn qıtlıqla əlaqədar, Ali Məqamlı Rəhbərlik Baş İdarəsi elamnamə ilə çıxış edərək dəyərli həmvətənlərimizin hamısını bu rəhmət və bərəkət ayında Somalidə qıtlıqdan əziyyət çəkən müsəlmanlara yardıma tələsməyə çağırdı.

Elamnamənin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Bu günlərdə Afrikanın şimal-şərq regionu, xüsusilə də müsibətə düçar olmuş Somali ölkəsi insanlığın başına gələ biləcək ən faciəli böhranla üz-üzə qalıb. Quraqlıq və qıtlığın, beynəlxalq təşkilatların bu məntəqədə baş verənlərə sükut və etinasızlıqla yanaşmasının nəticəsi olaraq, Somalidə milyonlarla müsəlman, özəlliklə də qadınlar və uşaqlar təhlükə altındadır.

Bu səbəbdən, eyni zamanda Ali Məqamlı Rəhbərin Somalidə qıtlıqdan əziyyət çəkən insanlara yardım edilməsinə göstərdiyi xüsusi diqqət və maraqdan çıxış edərək insansevər və müsəlman İran xalqını bu rəhmət və bərəkət ayında müsəlman Somali xalqına kömək etməyə, əllərindən gələn pul və qeyri-pul yardımlarını məsul orqanlar vasitəsilə Somalidə yaşayan insanlara çatdırmaq üçün tələsməyə dəvət edirik.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /