Ali Məqamlı Rəhbərin informasiya bloku

31 avqust çərşənbə günü şəvval ayının ilk günü – mübarək Ramazan bayramıdır!

9 şəhrivər (31 avqust) çərşənbə günü şəvval ayının ilk günü – mübarək Ramazan bayramıdır!

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi sabah – 9 şəhrivər (31 avqust) gününün şəvval ayının ilk günü və mübarək Ramazan bayramı olduğunu elan etdi.

Elanın mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əziz xalqımızın Ramazan ayında etdiyi ibadətlərin qəbul olunması diləyi ilə şərəfli İran xalqının diqqətinə çatdırırıq ki, ölkənin müxtəlif yerlərindəki mötəbər və peşəkar rasidlərdən alınan məlumatlara əsasən, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəvval ayının hilalının şəhrivər ayının 8-i qürub çağında (miladi təqvimlə 30 avqust 2011-ci il, hicri-qəməri təqvimi ilə 1432-ci il mübarək Ramazan ayının 29-u) göründüyünə əmin olmuşdur. Odur ki sabah – şəhrivər ayının 9-u (31 avqust) mübarək Ramazan bayramıdır!

Mübarək bayram münasibətilə bütün imanlı qardaş və bacılarımızı, böyük və mömin İran xalqını təbrik etməklə yanaşı, ölkənin dörd bir yanında təntənəli bayram namazlarının qılınacağını da qeyd edirik.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi
30 avqust 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /