Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Şəhid Cəhanara qardaşlarının anasının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra şəhid Cəhanara qardaşlarının anasının vəfatı ilə əlaqədar etdiyi müraciətdə bu səbirli qadının dünyadan köçməsi ilə bağlı əziz şəhidlərin qohum-əqrəbasına və döyüş yoldaşlarına başsağlığı dilədi.

Başsağlığı müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əziz şəhidlərimiz olan Cəhanara qardaşlarının anasının – o səbirli qadının vəfatı ilə əlaqədar şəhid qardaşların pak ruhlarına, bütün yaxınlarına və döyüş yoldaşlarına, xüsusilə də möhtərəm şəhid atasına başsağlığı verirəm. Ümidvaram ki, bu böyük qadının pak ruhu əziz övladlarının pak ruhları ilə yanaşı Allahın rəhmətinə, bağışlamasına və Cənnətinə layiq görüləcək.

Seyid Əli Xamenei
11 sentyabr 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /