Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Höccətül-İslam vəl-muslimin Əmid Zəncaninin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər etdiyi rəsmi müraciətlə Höccətül-İslam vəl-muslimin Abbasəli Əmid Zəncaninin vəfatı ilə əlaqədar mərhumun yaxınlarına və dostlarına başsağlığı verdi.

Başsağlığı müraciətinin tam mətni:

Allahın adı ilə!

Görkəmli alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Abbasəli Əmid Zəncaninin dünyasını dəyişdiyi barədə xəbəri böyük təəssüf hissi ilə qarşıladım. Cənab Zəncani uğurlu elmi fəaliyyəti, zəhmətkeşliyi ilə seçilən, özündən sonra bir sıra dəyərli və əhəmiyyətli elmi əsərlər miras qoymuş, akademik sferada, cəmiyyətin görkəmli şəxsiyyətləri və ümumiyyətlə, xalq arasında fəlsəfi-ideoloji xidmətləri olan   alimlərdən biridir. Bu böyük ruhaninin vəfatı ilə əlaqədar həyat yoldaşına, əziz övladlarına, bütün qohum-əqrəbasına, mərhum Ayətullah Mərəşi Nəcəfinin (Allah ona Behişti nəsib etsin!) ailəsinə, tələbələrinə və dostlarına başsağlığı verir, mərhum üçün Uca Allahdan rəhmət və bağışlanma diləyirəm!

Seyid Əli Xamenei
31 oktyabr 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /