Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Ayətullah Hacı Şeyxməhəmməd Şahabadinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ruhani alim Ayətullah Hacı Şeyxməhəmməd Şahabadinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Dahi İmam Xomeyninin (r.ə) yetirməsi, böyük din alimi Ayətullah Hacı Şeyxməhəmməd Şahabadinin vəfatı ilə əlaqədar əziz və möhtərəm Şahabadilər ailəsinə, mərhumun bütün yaxınlarına və şagirdlərinə başsağlığı verir, Uca Tanrıdan o aliqədr ruhaniyə dərgahında ən ali dərəcələri nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei
8 yanvar 2012-ci il





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /