Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Cihad cəbhələrinin cəsur və qocaman döyüşçüsünün vəfatı ilə əlaqədar Haqq yolunun bütün mücahidlərinə başsağlığı verirəm

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hacı Zəbihullah Bəxşinin vəfatı ilə əlaqədar başsağlığı verdi, Uca Tanrıdan cihad cəbhələrinin bu cəsur və qocaman döyüşçüsünə səbir və səbatının müqabilində mükafat dilədi.

Başsağlığı müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cihad cəbhələrinin cəsur və qocaman döyüşçüsü, iki şəhid atası, minlərlə şəhidin döyüş və mübarizə yoldaşı Hacı Zəbihullah Bəxşinin vəfatı ilə əlaqədar Haqq yolunun bütün mücahidlərinə, mərhumun möhtərəm ailə üzvlərinə başsağlığı verirəm. Uca Tanrıdan mərhum Hacı Bəxşinin ruhuna dərgahında ən ali dərəcələri nəsib etməsini, səbir və səbatına görə onu mükafatlandırmasını diləyirəm.

Seyid Əli Xamenei
5 yanvar 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /