Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Ayətullah Şəhid Dəstğeybin oğlunun vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullah Şəhid Dəstğeybin oğlu Höccətül-İslam Seyid Məhəmmədhaşim Dəstğeybin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Möhtərəm Dəstğeyb ailəsi,

Mərhum Ayətullah Şəhid Dəstğeybin şəhid atası olan övladı Höccətül-İslam Seyid Məhəmmədhaşim Dəstğeybin vəfatı ilə əlaqədar möhtərəm ailənizə, xüsusilə də mərhumun həyat yoldaşına və oğullarına başsağlığı verirəm. Mərhum Höccətül-İslam Seyid Məhəmmədhaşim Dəstğeybin Şirazdakı elmi və inqilabi xidmətləri, inşallah, Tanrı dərgahında onun üçün mənəvi ehtiyatdır.

Uca Tanrıdan mərhumun ruhuna sonsuz rəhmət və bağışlanma diləyirəm!

Seyid Əli Xamenei
30 yanvar 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /