Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Höccətül-İslam vəl-muslimin Qarabağinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qərbi Azərbaycan əhalisinin Xubriqan Məclisindəki nümayəndəsi Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əliəkbər Qarabağinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Dəyərli din xadimi cənab Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əliəkbər Qarabağinin vəfatı ilə əlaqədar, Qərbi Azərbaycan əhalisinə, mərhumun dostlarına və yaxınlarına, xüsusilə də möhtərəm ailə üzvlərinə və övladlarına, vilayətin elmi-teoloji mərkəzinə və ruhani ictimaiyyətinə başsağlığı verirəm. Höccətül-İslam vəl-muslimin Qarabaği ömrünün uzun illərini İslam İnqilabı və İslam dövləti yolunda sərf etmiş, Qərbi Azərbaycan məntəqəsini Xubriqan Məclisində təmsil edən görkəmli din alimlərindən idi.

Uca Yaradandan mərhumun ruhuna ilahi dərgahda ən ali dərəcələrin nəsib olmasını, rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /