Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər 9-cu çağırış İslami Şura Məclisinə seçkilərinin ikinci mərhələsində iştirak etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər səsvermə mərasiminin ilk dəqiqələrində  9-cu çağırış İslami Şura Məclisinə seçkilərinin 2-ci mərhələsində iştirak etdi. Həzrət Ayətullah Xamenei seçkilərdə nə qədər çox insan iştirak etməsinin  məclis nümayəndələrinin etibar və baçarığının göstəricisi olduğunu bildirdi.

İslam İnqilabının Rəhbəri seçkiləri böyük və mühüm bir hadisə kimi qiymətləndirdi. Seçicilərə öz vətəndaşlıq vəzifələrini yerinə yetirməkdə uğurlar arzulayaraq əlavə etdi: “Xalq seçkilərin ikinci mərhələsinə də birinci mərhələdə olduğu kimi, ciddi yanaşmalıdır”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Xalqın nümayəndələri məclisdə nə qədər çox olarsa, onlar o qədər etibar, fədakarlıq və bacarıqla işləyərlər”.

Həzrət Ayətullah Xamenei həmçinin, insanların qəlbini həqiqətə, xalqın xeyir və məsləhətinə hidayət etməsini Uca Yaradandan rica etdi.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /