Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Azərbaycanda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin şimal-qərb regionunda baş vermiş zəlzələ ilə əlaqədar olaraq, təbii fəlakət nəticəsində xəsarət almış insanlara, vəfat edənlərin yaxınlarına başsağlığı müraciəti ünvanladı, Uca Yaradandan onlara səbir və əcr dilədi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Azərbaycanda baş vermiş acınacaqlı zəlzələ hadisəsi hamımızı dərin kədərə boğdu. Uca Yaradandan təbii fəlakət nəticəsində vəfat edənlərə rəhmət, yaralılara ən qısa zamanda şəfa tapmağı, ölənlərin yaxınlarına və xəsarət alanlara isə səbir və əcr diləyirəm.

Möhtərəm rəsmilərimizə və ümumən, dəyərli xalqımıza təbii fəlakətlə üzləşmiş əziz həmvətənlərimizin dərdinə şərik olmaq, əziyyət və iztirablarını azaltmaq üçün əllərindən gələni əsirgəməməyi tövsiyə edirəm.

Allahın salamı və bərəkətləri nəsibiniz olsun!

Seyid Əli Xamenei
12 avqust 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /