Ali Məqamlı Rəhbərin informasiya bloku

Sabah – bazar günü, avqust ayının 19-u mübarək Ramazan bayramıdır

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi sabah – 19 avqust 2012-ci il tarixinin şəvval ayının ilk günü, mübarək Ramazan bayramı olması ilə bağlı elamnamə yaydı.

Elamnamənin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əziz xalqımızın Ramazan ayında etdiyi ibadətlərin qəbul olunması diləyi ilə şanlı İran xalqının diqqətinə çatdırırıq ki, ölkənin müxtəlif yerlərindəki mötəbər və peşəkar rasidlərdən alınan məlumatlara əsasən, şəvval ayının hilalının 29 mordad 1391-ci il tarixində, şənbə gününün qürub çağında  (miladi təqvimlə 19 avqust 2012-ci il, hicri-qəməri təqvimi ilə 1433-cü il mübarək Ramazan ayının 29-u) göründüyü İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei üçün təsbit olunmuşdur. Beləliklə, sabah – bazar günü, mordad ayının 29-u (19 avqust) mübarək Ramazan bayramıdır.

Mübarək bayram münasibəti ilə bütün imanlı qardaş və bacılarımızı, böyük və mömin İran xalqını təbrik etməklə yanaşı, ölkənin dörd bir yanında təntənəli bayram namazlarının qılınacağını da qeyd edirik.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi
18 avqust 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /