Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

2012-ci il Yay Paraolimpiya Oyunlarının medalçılarını təqdir etdi

Əlil və fiziki qüsurlu idmançıların 2012-ci il Yay Paraolimpiya Oyunlarında İran İslam Respublikasını uğurla təmsil etmələri ilə əlaqədar, həmçinin Milli Paraolimpiya Komitəsinin sədrinin ona yazdığı məktuba cavab olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei idmançılara müraciət ünvanlayıb, qürurverici nailiyyətlərinə görə onları təqdir etdi.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Allahın adı ilə!

Əziz və qəhrəman əlil və veteranlarımız!

Ümumdünya olimpiya yarışlarında qazandığınız qürurverici nailiyyətlər İran xalqına məmnunluq, başucalığı və sevinc bəxş edir. Hamınıza səmimi-qəlbdən təşəkkür edirəm! Sizin İslam dininin dəyər və hökmlərinə qarşı nümayiş etdirdiyiniz sədaqət və bağlılıq isə ayrıca təşəkkür və qədirdanlığa layiqdir.

Allah başınızı daim uca etsin!

Seyid Əli Xamenei
9 sentyabr 2012-ci il


Milli Paraolimpiya Komitəsinin sədri cənab Xosrovivəfa Ali Məqamlı Rəhbərə ünvanladığı məktubda İran İslam Respublikasından paraolimpiya müsabiqəsinə yollanmış idmançı karvanının qazandığı uğurlara toxunaraq yazmışdı:

Şəhid Rəisəli Delvari adına karvanın tərkibində yola çıxıb, təvəkkül və zəhmət şüarlarını, şəhidlərə sədaqət andını rəhbər tutan, İran xalqının gözünün işığı olan İslam İnqilabı şəhidlərindən və onların ailə üzvlərindən mənəvi yardım diləyən qəhrəman övladlarınız bu diyarın gənclərini olimpiya müsabiqəsində qürurverici nailiyyətlərlə, layiqincə təmsil etdikdən sonra paraolimpiya oyunlarında da müsəlmanların və iranlıların böyüklüyü prinsipini qoruyaraq yenidən möhtəşəm qələbələr qazanmağı bacardılar.

Böyük və Mehriban Allaha şükürlər edir və sevinirik ki, Ali Həzrətlərinizin və əziz İran xalqının sevinc hissi keçirməsinə bir daha şərait yarandı.

İdmançılara səxavətlə ayrılmış maliyyə vəsaitinə görə İslam Respublikası hökumətinə və İslami Şura Məclisinə təşəkkür və qədirdanlıq ifadə etməyi də lazım bilirəm.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /