Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Barikbinin bacısının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vəli-fəqihin nümayəndəsi və Qəzvinin imam-cüməsi Höccətül-İslam vəl-muslimin Barikbinin bacısının vəfatı ilə əlaqədar başsağlığı verdi.

Başsağlığı müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Hadi Barikbin,

Şanlı şəhid övladların anası olan möhtərəm bacınızın vəfatı ilə əlaqədar, Sizə və başqa qohumlarınıza başsağlığı verirəm. Uca Yaradandan mərhuməyə Qiyamət günü məhşərə şəhid olmuş əzizləri və Tanrı övliyaları ilə birlikdə gəlməyi nəsib etməsini diləyirəm.

Seyid Əli Xamenei
15 sentyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /