Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İİR Ordusunun nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirdi

Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər İİR Ordusunun nailiyyətlərini əks etdirən sərgiyə gələrək texniki təchizat, müdafiə, döyüş və elm sferalarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərlə tanış oldu.

Əvvəlcə Ali Məqamlı Rəhbərə Ordunun Dəniz Qüvvələrinin Şimal Donanmasının necə formalaşdırıldığı, donanmanın məsuliyyət daşıdığı əraziyə dəqiq kontrol və nəzarətin həyata keçirildiyi haqda məlumat verildi.

Sərginin bu bölməsində təqdim olunan rabitənin inteqrasiyası və radiomənbələrin qərargahdan uzaqlaşdırılması sistemi Dəniz Qüvvələrinin İİR-in nəzarəti altında olan Xəzər suları ərazisində əsas gücüdür.

Bu bölmədə Ordunun Dəniz Qüvvələrinin Hind okeanı, Babülməndəb boğazı və Qırmızı dənizə ezam edilmiş 22-ci flotiliyasının komandanı ilə canlı bağlantı vasitəsi ilə söhbət edən Ali Baş Komandan Uca Yaradandan İran xalqının şərəf və qürurunun keşikçilərinə mənəvi dəstək olmasını dilədi.

Sərgidə Nouşəhrdəki İmam Xomeyni (r.ə) adına Dənizçilik Akademiyasının tələbələri də öz  nailiyyətlərindən bir qismini nümayiş etdirirdilər. Bu nailiyyətlər sırasında izləmə və nişan almanın dəqiqliyini artırmaq üçün lazer sistemi ilə təchiz edilmiş distasion qurğular, uzaqdan idarə olunan “Taha” sualtı tədqiqat gəmisi də yer alırdı. “Taha” səs dalğaları vasitəsilə kontrol və idarə olunur.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /