Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Kəriminin qardaşının vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Cəfər Kəriminin möhtərəm qardaşının vəfatı ilə əlaqədar, başsağlığı müraciəti etdi.

Başsağlığı müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Ayətullah Hacı Seyid Cəfər Kərimi,

Nəcəf və Qum Teoloji Mərkəzlərinin möhtərəm elm xadimlərindən olan qardaşınızın vəfatı ilə əlaqədar, Sizə və mərhumun digər qohumlarına başsağlığı verirəm. Uca Yaradandan mərhumun ruhuna rəhmət və bağışlanma, qohum-əqrəbasına səbir və mənəvi sakitlik, cənabınıza isə salamatlıq və can sağlığı diləyirəm.

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
26 sentyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /