Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bütün meydanlarda qələbə çalmağın ən böyük sirri fədakarlıqdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) günortadan sonra Müqəddəs Müdafiə həftəsi, eləcə də Şəhid və Veteranlara Təşəkkür Günü münasibətilə müraciət imzaladı. Öz müraciətində şəhidləri Allah yolunda cihad dövrünün heyranedici gözəlliklərinin təzahürü adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün meydanlarda qələbə çalmağın ən böyük sirri fədakarlıqdır”.

Ölkənin hər yerində qeyd olunan Şəhid Məzarlarına Qulluq və Ziyarət günündə imzalanmış müraciəti Tehrandakı “Beheşt-e Zəhra” şəhidlər xiyabanında vəli-fəqihin Şəhid və Veteranlar Fondu üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Rəhimiyan oxudu.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Müqəddəs Müdafiə həftəsinin günlərindən birinin şəhidlərin mübarək adını daşıması bu günü həmin dövrün xatirələrlə dolu günlərinin ən uca zirvəsi kimi möhtəşəm və diqqətəlayiq edir. Çünki şəhidlər özləri Allah yolunda cihad dövrünün bütün heyrətamiz gözəlliklərinin təcəssümüdürlər. Bütün meydanlarda qələbə çalmağın ən böyük sirri fədakarlıq, canından keçməkdir. Məhz canından keçən, fədakar insanlar öz xalqını əzəmət və möhtəşəmliyin zirvəsinə qaldırır. Belə insanlara bu heyrətamiz bacarığı, fövqəlmaddi qüdrəti bəxş edən də məhz onların həqir maddi asılılıqlardan qurtulmasıdır. Əziz şəhidlərimiz və onların Allah yolunda maddi aləmdəki ən dəyərli var-dövlətdən keçən səbirli və möhtərəm ailə üzvləri belə insanların ön sıralarında yer alır.

Onlara Allahın, mələklərin və saleh bəndələrin salamı olsun!

Seyid Əli Xamenei
27 sentyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /