Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Ənvarinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri mücahid alim Ayətullah Şeyx Mühyəddin Ənvarinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Dünyadan getmiş mücahid alim Ayətullah Hacı Şeyx Mühyəddin Ənvarinin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar, mərhumun möhtərəm qohum-əqrəbasına, ona mənən bağlı olan bütün dostlarına və yaxınlarına başsağlığı verirəm.

Bu böyük alim tağut dövründə mübariz ruhaniyyətin içərisində mühüm rol oynayan şəxsiyyətlərdən olmuş, uzun illər despot şah rejiminin zindanlarında əzab-əziyyət çəkmiş, İslam Respublikası hakimiyyətə gəldikdən sonra isə daim müxtəlif sferalarda xidmət göstərmişdir. Xeyirxah, daim xidmətə can atan, saflıq və nəciblik dolu ruhu bu böyük ruhanini sevilən bir şəxsiyyətə çevirmişdi. Allah ona rəhmət etsin! Uca Yaradandan ona olan rəhmət və bağışlamasını daha da artırmasını diləyirəm!

Seyid Əli Xamenei
14 oktyabr 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /