
Fiqh və şəri hökmlər


Sosial şəbəkələrdən istifadə
Əgər sosial şəbəkələrdən fəsad törətmək (məsələn, yalan məlumatlar və şayiələr yaymaq, əxlaqa zidd materiallar yaymaq və s.) məqsədilə istifadə edilərsə, yaxud sosial şəbəkələrdən istifadə zamanı günah etmək qorxusu mövcud olarsa, yaxud da sosial şəbəkələrdən istifadə etmək İslamın və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, bu hallarda sosial şəbəkələrdən istifadə etməyə icazə verilmir.

Naməhrəmlə ünsiyyətin hüdudları
Naməhrəm kişi və qadın ünsiyyət zamanı şəriətin müəyyən etdiyi hüdudlara (o cümlədən geyim, baxmaq, söhbətin mövzusu, danışıq tərzi və s. baxımından müəyyən edilən hüdudlara) riayət etməlidir. Həmçinin naməhrəmlə ünsiyyət fəsada səbəb olmamalı, bu ünsiyyətdə günah etmək qorxusu mövcud olmamalıdır.

Məhrəm-naməhrəmliyə dair müxtəlif sual-cavablar
İzdivac əqdi bağlandıqdan sonra qayınana kürəkənə məhrəmdir. Hətta qadın ərindən ayrıldıqdan sonra belə, qayınana kürəkənə məhrəm qalır.

Südvermə vasitəsilə məhrəm olan şəxslər
Məhrəmliyə səbəb olan südvermənin səkkiz şərti vardır.

“Məhrəm” ifadəsinin mənası
“Məhrəm” dedikdə, İslam dininə görə bir qrup yaxın qohumlar nəzərdə tutulur ki, onlarla izdivac etmək haramdır.

Əzadarlığın hökmləri
Bir insanın ölümündə üzü və bədəni cırmaqlamağa və bədənə xəsarət yetirməyə icazə verilmir.

Əzadarlığın hökmləri
Ümumiyyətlə, məddahlıq və mərsiyəxanlıq ğina şəklində və günah məclislərinə xas olan bir şəkildə olmamalıdır. Həmçinin ürfə görə, Əhli-beytin (ə) məclislərinə uyğun olmayan bir şəkildə olmamalıdır.

Əzadarlığın hökmləri
Aşura günü oruc tutmaq məkruhdur. Oruc tutulması haram və məkruh olan günlər istisna olmaqla, ilin qalan günlərində oruc tutmaq müstəhəbdir. Tasua günü oruc tutmaq müstəhəbdir.

Əzadarlığın hökmləri
İmam Hüseyn (ə) türbəti o Həzrətin pak qəbrindən və ürfə görə qəbrə birləşən ərazidən götürülən torpaqdır.

Əzadarlığın hökmləri
Əhli-beytin (ə) əza günlərində, xüsusilə də İmam Hüseynin (ə) əzasında “İlahi nişanələri uca tutmaq” və qəm-kədəri göstərmək ünvanında qara geyim geyinmək bəyənilir.

Əzadarlığın hökmləri
Ələm və bayraq qaldırmağın öz-özlüyündə maneəsi yoxdur. Amma bu işlər dindən hesab olunmamalıdır. Bunu da qeyd edək ki, Əhli-beyt (ə) üçün nəzir verməyin, qurban kəsməyin və bunları fəqirlərə, əzadarlara sərf etməyin iradı yoxdur.

Əzadarlığın hökmləri
Əhli-beytin (ə) tarixi barəsində sənədi olmayan və tarixdə qeyd edilməyən hadisələri nümayiş etdirməyin şəri icazəsi yoxdur.

Əzadarlığın hökmləri
Adi qaydada və ürfə görə qəm və kədərin təzahürü hesab olunan bir şəkildə sinə vurmağın iradı yoxdur.

Qurban bayramı namazı
Qurban bayramı namazının vaxtı bayram günü Günəş doğandan zöhrədəkdir.

Müstəhəb qurbanlığın hökmləri
Qurban bayramı günü qurban kəsmək müstəhəbdir və bu, vacib həcc ziyarətində Mina adlı məkanda kəsilən qurban deyildir. Yaşadığınız yerdə sizin kəsdiyiniz qurbanlıq Qurban bayramının müstəhəb qurbanlığı niyyətilədir.

Qadının bəzənməsi
Qadın ürfə görə, yəni insanların nəzərində zinət və bəzək sayılan hər bir şeyi naməhrəm kişilərin qarşısında tam şəkildə örtməlidir.

Hicab
Üz və biləyədək əllər istisna olmaqla, qadına naməhrəm kişi qarşısında bütün bədənini örtməsi vacibdir. Hicaba riayət etməmək böyük günahlardandır.

Qadının geyimi
Ümumiyyətlə, qadının rəng, model və ya tərz baxımından naməhrəmin diqqətini çəkən, yaxud fəsada və günaha zəmin yaradan geyimlər geyinməsinə icazə verilmir.
