Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Beynəlxalq Qüds Günü ərəfəsində xalqa ünvanladığı telemüraciəti

Rəhman və Rəhim Allahın adı ilə.

Qüds Günü yürüşü İran xalqının birlik və iqtidarının, həmçinin öz siyasi və başlıca hədəfləri üzərində möhkəm dayandığının göstəricisidir. Belə deyil ki, İran xalqı Fələstini dəstəkləyən şüar səsləndirsin, amma bir-iki ildən sonra onu meydanda tək qoysun. İran xalqı 46 ildir ki, soyuqda, istidə, oruclu halda təkcə şəhərlərdə deyil, ölkənin dörd bir yanında, böyük, kiçik şəhərlərdə, kəndlərdə bu yürüşdə iştirak edir. Ona görə də Qüds yürüşü İran xalqının qürur yerlərindən biridir. 

Zənnimcə, builki bu yürüş daha böyük əhəmiyyət daşıyır. Dünya xalqları bizim tərəfimizdədir. Bizi tanıyanlar İran xalqının tərəfindədirlər, lakin müxalif olan bəzi siyasətlər və dövlətlər İran xalqına qarşı əks təbliğat aparırlar. Ölkə daxilində ixtilaf və zəifliyin olması haqqında yanlış təsəvvür yaradırlar. Sizin Qüds günü yürüşünüz bütün bu hiylələri və boş sözləri puça çıxaracaqdır. 

Ümidvaram ki, Allah-Taala yardımçınız olacaq və sizin Qüds Günü yürüşünüz son illərin ən gözəl, ən möhtəşəm və ən izzətli yürüşlərindən biri olacaqdır.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.