Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
      • Birinci şərt: Şəri məsafə
      • İkinci şərt: Şəri məsafəni qət etmək niyyəti
      • Üçüncü şərt: Şəri məsafəni qət etmək niyyətinin davam etməsi
      • Dördüncü şərt: Vətəndən keçib getməmək və ya yol üstündə müəyyən bir yerdə on gün qalmaq niyyətində olmamaq
      • Beşinci şərt: Səfərin haram olmaması
      • Altıncı şərt: Köçəri həyat sürməmək
      • Yeddinci şərt: Səfərin peşə olmaması
      • Səkkizinci şərt: Tərəxxüs həddinə çatmaq
      • Səfəri kəsən səbəblər
        • 1- Vətəndən keçmək
          • Əsl vətən
          • Seçilən vətən
          • Eyni vaxtda bir neçə vətənin olması
          • Vətən baxımından tabelik
            Çap versiyası  ;  PDF
             
            Vətən baxımından tabelik

             

            Məsələ 547. Vətən baxımından tabelik də ürf əsasında müəyyən edilir. Yəni ata-anası, yaxud onlardan biri ilə birlikdə yaşayan övlad ürfə görə onlara tabedir və valideynin vətəni övladın da vətəni sayılır.
            Məsələ 548. Vətən baxımından tabelik əsl vətənə deyil, seçilən vətənə aiddir. Beləliklə, əgər bir şəxs ömrünün ilkin dövrünü müəyyən bir yerdə yaşayıb boya-başa çatıbsa və uşaqlıq və yeniyetməlik illərini orada keçiribsə, bu yer onun əsl vətəni olur. Bu yer istər onun valideyninin vətəni olsun, istərsə də onların vətəni olmasın, fərq etmir.
            Məsələ 549. Əgər övlad ata və ananın vətənində (istər onların əsl vətəni olsun, istərsə də seçilən vətəni olsun) onun əsl vətəni sayılacaq müddətdə yaşamasa, məsələn, doğumdan sonra müəyyən səbəbə görə ata-anasından uzaq başqa bir yerdə yaşasa və orada böyüsə və məsələn, on ildən sonra ata-anasının yanına qayıtsa, bu halda valideynin vətəni onun əsl vətəni sayılmayacaqdır. Amma o, valideynlərinin yanına qayıtdıqdan sonra – onlarla birlikdə yaşadığına görə – bu yer onun seçilən vətəni olacaqdır.
            Məsələ 550. Vətən baxımından tabelik yalnız övlada aid deyildir və ürfə görə başqasına tabe olan hər bir şəxsə (məsələn, daim insanın yanında olub xidmət göstərmək üçün tutulan xidmətçiyə, yaxud müəyyən bir yerdə yaşayacağını şərt qoymayan və daim əri ilə birlikdə yaşayan qadına) şamil olur.
            Məsələ 551. “Tabe olan şəxs”in “yaşayış niyyəti” etməsi (yəni “tabe olduğu şəxs”in seçdiyi vətəni özünə vətən olaraq seçməsi) vacib deyildir, əksinə, tabe olduğu şəxs ilə birlikdə olması bu yerin onun da vətəni olması üçün kifayət edir. Amma əgər tabe olan şəxs bu yeri özünə vətən olaraq seçməzsə, yaxud vətən seçdikdən sonra oranı vətənlikdən çıxararsa, bu yer onun vətəni olmayacaqdır.
            Məsələ 552. Əgər həddi-büluğa çatan övlad, məsələn, on bir-on iki yaşında olan qız övladı və ya on altı-on yeddi yaşında olan oğlan övladı vətən və yaşayış yeri seçməyin fərqinə varmadan ata-ana ilə birlikdə onların vətən olaraq seçdiyi şəhərə getsə, bu şəhər onun da vətəni olacaqdır.
            Məsələ 553. Əgər övlad ata-ana ilə birlikdə onların vətən olaraq seçdiyi şəhərə getsə, amma o, bu şəhəri özünə vətən seçmək niyyətində olmasa, bu şəhər onun vətəni olmayacaq, baxmayaraq ki, valideynin çörəkyeyəni sayılır.
            Məsələ 554. Əgər valideynə tabe olaraq müəyyən bir yeri vətən olaraq seçən övlad bir müddətdən sonra (məsələn, bir-iki ay sonra) fikrindən daşınsa, bu yerdən xaric olmayanadək “vətəni vətənlikdən çıxarmaq” məsələsi gerçəkləşmir və orada onun namazı tamdır.

             

          • Vətəni vətənlikdən çıxarmaq
        • 2- Müəyyən bir yerdə on gün qalmağı qərara almaq və ya bilmək
        • 3- Müəyyən bir yerdə tərəddüdlə otuz gün qalmaq
      • Səfərdə nafilələrin hökmü
      • Namazı qəsr qılmaq vacib olduğu halda tam qılmaq
      • Namazı tam qılmaq vacib olduğu halda qəsr qılmaq
      • Müxtəlif məsələlər
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /